Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Qarabağ bürosunun məlumatına görə, yanğın rayonun Kəngərli kəndi ərazisində başlayıb.
Hazırda alov Sarıcalı və Kəngərli kəndləri istiqamətində davam edir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi və Xocalı rayonlarının Dövlət Yanğından Mühafizə hissələrinin əməkdaşları və xüsusi texnikaları cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.