UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
21.28
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın vurduğu qol hesabda əksini tapmayıb.
Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisinin qol epizodu baş hakimin qərarı ilə ofsayd səbəbindən etibarsız sayılıb. Beləliklə, Azərbaycan çempionu hesabı açmaq imkanından yararlana bilməyib.
Qarşılaşma hazırda Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda davam edir.
Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" doğma meydanda Bolqarıstanın SSKA klubu ilə qarşılaşır.
Saat 20:00-da başlayan görüşdə Qurban Qurbanovun komandası cavab oyunu öncəsi sərfəli nəticə əldə etməyə çalışır.