ABŞ-da 1,6 milyon qutu yumurta salmonella riski səbəbindən geri çağırılıb.

Metbuat.az xəbər verir ki, ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) Texasda istehsal olunan təxminən 1,6 milyon qutu ağ və qəfəssiz qəhvəyi yumurtanın Salmonella Enteritidis bakteriyası ilə çirklənmə ehtimalına görə geri çağırıldığını açıqlayıb.

Məhsullar Texas və Luiziana ştatlarında Kroger, həmçinin Oklahoma, Arkanzas və Missisipidə Brookshire Grocery mağazalarında satışa çıxarılıb. FDA bildirib ki, indiyədək bu yumurtalarla əlaqəli hər hansı yoluxma halı qeydə alınmayıb.

Bununla yanaşı, istehsalçı Midwest Poultry Services Texasdakı təsərrüfatlarında istehsal olunan yumurtaların tədarükünü müvəqqəti dayandırıb.