"Beşiktaş"ın İdarə Heyətinin üzvü Veysel Ahmet Çağlar vəzifəsindən istefa verib.
Metbuat.az xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamada Veysel Ahmet Çağların İdarə Heyətinin üzvlüyündən ayrıldığı bildirilib.
Türkiyə mətbuatının məlumatına görə, Çağlar daha əvvəl Misir millisinin ulduzu Məhəmməd Salahın "Beşiktaş"a mümkün transferi ilə bağlı sosial şəbəkədə etdiyi paylaşımlarla gündəmə gəlmişdi.