Türkiyənin TRT Spor kanalının yaydığı məlumata görə, "Beşiktaş" misirli futbolçu Məhəmməd Salah ilə razılıq əldə edib.
Metbuat.az xəbər verir ki, məlumata əsasən, İstanbul təmsilçisinin rəsmiləri qarşıdakı 2-3 gün ərzində təcrübəli hücumçu ilə görüş keçirəcək. Görüş zamanı transferin son detalları müzakirə olunacaq.
Bu arada "Beşiktaş" azarkeşləri də transferin reallaşması üçün sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Onlar Salahın "Instagram" hesabındakı paylaşımların altına "Come to Beşiktaş" ("Beşiktaşa gəl") şərhləri yazaraq ulduz futbolçunu komandaya dəvət edirlər.
34 yaşlı Salah ötən mövsüm "Liverpool"un heyətində keçirdiyi 41 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.