İranın İordaniyaya zərbələri nəticəsində ABŞ-nin iki hərbi qulluqçu həlak olub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur.
"İyulun 17-də İordaniyada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və tərəfdaşlarının qüvvələri tərəfindən İranın raket və pilotsuz aparat zərbələrinin dəf edilməsi zamanı iki amerikalı hərbi qulluqçu həlak olub. Bundan əlavə, hazırda bir hərbçi itkin düşmüş hesab olunur. Dörd hərbi qulluqçu İordaniya xəstəxanalarına çatdırılıb", - məlumatda bildirilib.