Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə Birləşmiş Uşaq Xəstəxanasında ölüm faktı qeydə alınıb. Uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq 1 yaşlı J. Təhməzzadənin həyatını xilas etmək mümkün olmayın. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az