Superliqa klublarından “Qalatasaray”da baş məşqçi Okan Burukun yeni mövsüm üçün planlarına daxil etmədiyi futbolçular müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Viktor Nelsson, Elias Yelert, Halil Dervişoğlu və Metehan Baltacının adları Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

Onların yaxın vaxtlarda komandadan ayrılacağı gözlənilir.