"Qalatasaray"da yenə ayrılıq rüzgarları əsir. Mauro İkardidən sonra Mario Lemina da sarı-qırmızılı klubu tərk edə bilər.
Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV-in yazdığına görə, 33 yaşlı yarımmüdafiəçi ona təklif edilən 3,5 milyon avro maaşla qane olmayıb. Qabonlu ulduz İstanbul təmsilçisi ilə 2 illik müqavilə imzalamağa razılaşsa da, əlavə olaraq "imza parası" tələb edib. "Qalatasaray" rəhbərliyi bu təklifi rədd edəndən sonra tərəflər arasında "soyuq küləklər" əsməyə başlayıb.
Türkiyə mediası yazıb ki, İstanbul təmsilçisi Leminanın yerini dolduracaq təcrübəli yarımmüdafiəçinin axtarışlarına başlayıb.