Nəsimi rayonunda avtomobildən naməlum şəraitdə 2500 manat dəyərində 2 ədəd mobil telefon oğurlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı B.İsmayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.