Füzulidə avtomobil piyadanı vuraraq öldürüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun FİN qəsəbəsində qeydə alınıb.

Asif Balabəyov idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Şahmurad Quluyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.