Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər ərazisindəki qəzada Daşkəsən rayon sakinləri, 1970 ci il təvəllüdlü Çərkəz Qasımov və 1948-ci il təvəllüdlü Tahir Bağırov xəsarət alıblar.
Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.