Bu gün Dənizkənarı Milli Park fərqli mənzərə ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, bulvar ərazisində olan gənc xanım rəssamlar su əsaslı təbii boyalardan istifadə edərək rəsmlər çəkiblər.

Onlar bulvar ərazisində olan bir neçə fərqli mənzərələri qələmə alıblar. Rəssamların ərsəyə gətirdiyi bu rəsmlər də şəhər sakinlərinin marağına səbəb olub. Gənc rəssamların sözlərinə görə, bu sənətə onların uşaqlıqdan maraqları var. Ən böyük arzuları isə gələcəkdə bu sahədə tanınmış və seçilən rəssamlardan biri olmaqdır.

Davud Tarverdiyev / Metbuat.az