Malidən yola düşən və içərisində onlarla sərnişinin olduğu avtobusun sıradan çıxması böyük bir faciə ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, Nigerin şimalında, Sahra səhrasında avtomobilin xarab olması səbəbindən günlərlə köməksiz vəziyyətdə qalan insanlardan 50-si susuzluqdan dünyasını dəyişib.

Rəsmi açıqlamaya görə, hadisə Niger ilə Əlcəzair arasında mühüm sərhəd-keçid məntəqələrindən biri hesab olunan Assamaka qəsəbəsinin təxminən 80 kilometr qərbində baş verib. Məlumata görə, sərnişinləri daşıyan yük maşını Malinin Telhandek qəsəbəsindən hərəkətə başlasa da, müəyyən olunmuş marşrutdan kənara çıxıb və isti hava şəraitinin hökm sürdüyü səhra zonasında xarab olub. Hava temperaturunun həddindən artıq yüksək olduğu və su mənbələrinin tapılmadığı bu amansız bölgədə sərnişinlər günlərlə xilas olunmağı gözləyiblər.

Dəhşətli hadisə sərnişinlərdən ikisinin böyük çətinliklə səhranı keçərək Assamaka qəsəbəsinə çatması və aidiyyəti qurumlara xəbər verməsi nəticəsində üzə çıxıb. Susuzluqdan həyatını itirən 50 nəfərin nəşi elə regional axtarış-kurtarma qrupları tərəfindən ərazidəki kütləvi məzarlıqda torpağa tapşırılıb.