Ağcabədi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzi prospektində qeydə alınıb.
Cavid Əfqanlının idarə etdiyi "VAZ-2106" və Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ-2106"da olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.