Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.