“Real Madrid” prezident seçkilərində namizəd Enrique Riquelme iddialı transfer planı ilə gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, Riquelme kampaniya çərçivəsində “Mançester Siti”nin ulduz futbolçusu Rodri Həernandesi Madrid klubuna gətirməyi əsas hədəflərdən biri kimi açıqlayıb. İspan iş adamı bildirib ki, layihəsi həyata keçərsə, Rodrinin transferi üçün bütün imkanlar səfərbər olunacaq.
Bundan əlavə, Riquelme klubun idman strukturunda da ciddi dəyişikliklər vəd edib. Onun planına əsasən, əfsanəvi keçmiş futbolçu Raul Qonzales “Real Madrid”in idman direktoru və ya əsas komandada mühüm vəzifəyə gətiriləcək. Məlumata görə, Riquelme öz layihəsində həm gənc inkişaf sistemini gücləndirməyi, həm də komandanı dünya səviyyəli ulduzlarla daha da gücləndirməyi hədəfləyir. Rodri transferi isə onun kampaniyasının ən diqqətçəkən və iddialı hissəsi hesab olunur.
Qeyd edək ki, “Real Madrid” prezident seçkiləri yaxın günlərdə keçiriləcək və Riquelme Florentino Pereslə mübarizə aparır.