"Atletiko Madrid"in 26 yaşlı ulduz hücumçusu Xulian Alvares rəhbərliyə "Barselona"ya keçmək istədiyini ifadə edib.
Metbuat.az xəbər verir ki, iddialara görə, o, "Atletiko Madrid"ə transfer siyahısında ilk seçiminin məhz Kataloniya klubu olduğunu rəsmən bildirib. Məlumata görə, "Atletiko Madrid" rəhbərliyi oyunçu üçün 150 milyon avro tələb edir və bu məbləğdən aşağı olan heç bir təklifi müzakirə etməyəcəklərini bildirib. Bildirilir ki, "Barselona" isə nağd pul ödənişini minimuma endirmək məqsədilə "Atletiko Madrid"ə Ferran Torres və müəyyən məbləğdə vəsait təklif etməyi planlaşdırır. Lakin Ferran Torresin "Barselona"dan ayrılmaq istəmədiyi iddia edilir. Fransa mətbuatının iddialarına görə, PSJ klubu Alvaresi heyətinə qatmaq üçün təklif irəli sürüb.
Paris təmsilçisinin İspaniya klubuna 120 milyon avro nağd pulla yanaşı, Qonsalo Ramos və Li Kanq İni də təklif etdiyi bildirilir. İddialara görə, "Atletiko Madrid" mübadilə təklifini artıq qəbul edib.