Göyçayda zəncirvari yol-nəqliyyat qəzasında dünyasını dəyişənlərin sayı 2-ə çatıb.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı 2012-ci il təvəllüdlü E. Feyzullayeva hadisə yerində ölüb. Yaralılardan Hüseyn Salahov isə Göyçay xəstəxanasında ölüb. 1964-cü il təvəllüdlü Mehriban Əmrahova, 1968-ci il təvəllüdlü İmran Əmrahov, 2016-cı il təvəllüdlü L.Feyzullayeva, 1970-ci il təvəllüdlü Hüseyn Salahov, 1988-cü il təvəllüdlü Arzu Feyzullayeva xəsarət alıblar. Onlar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
15:31
Göyçayda qəza baş verib bir nəfər dünyasını dəyişib.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində “Opel” , “KİA” və “Chevrolet” markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Davud Tarverdiyev / Metbuat.az