Xəbər verdiyimiz kimi, Kürdəmirdə ər həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.
Bildirilib ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Bəşirov Natiq Araz oğlu həyat yoldaşı - 21 yaşlı Bəşirova Lamiyə İsmayıl qızını qətlə yetirib.
Qeyd edək ki, cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları da var.
Fotonu təqdim edirik:
