Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Hüseyn Həmzə oğlu Əsədov mayın 10-da vəfat edib. Mərhum ötən gün Binə qəbiristanlığında torpağa tapşırılıb.

Metbuat.az-ın məlumatına görə, Hüseyn Əsədov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O, 16 aprel 2008-ci ildə anadan olub. Əsədov bu il aprel ayının 17-də hərbi xidmətə çağırılıb.

Məlumata görə, Hüseyn iki bacının tək qardaşı olub. Onun xəstəlikdən vəfat etdiyi bildirilir.

Nazim Hüseynzadə / Metbuat.az