Sumqayıt şəhərində dəm qazından zəhərlənən azyaşlılardan bir ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aprelin 1-də saat 13:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır vəziyyətdə hospitalizasiya olunan 2010-cu il təvəllüdlü şəxsin (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 06:30-da bioloji ölüm faktı qeydə alınıb:

"Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, ağır kəllə-beyin travması, baş-beynin əzilməsi, ikitərəfli pnevmotoraks və dalağın cırılması diaqnozları təyin olunan pasiyent üzərində splenektomiya (dalağın götürülməsi) əməliyyatı icra olunmuşdu".

Xatırladaq ki, aprelin 1-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində çoxuşaqlı ailənin altı üzvü dəm qazından zəhərlənmişdi.