Son sutkada 24 cinayətin üstü açılıb, 34 axtarışda olan şəxs saxlanılıb
Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, martın 21-də ölkə ərazisində qeydə alınan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb. Onlardan 17-si borclu şəxs qismində axtarışda olan şəxslərdir və aidiyyəti üzrə təhvil veriliblər.
Həmçinin gün ərzində narkotiklərlə əlaqəli 6 fakt aşkarlanıb. Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.
Bundan əlavə, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib.