Astarada evin həyətindən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvi kəndində qeydə alınıb.

Kənd sakini 41 yaşlı Mirzəyev Tale Əbülfət oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.

Araşdırma aparılır.