Bildiyim qədəri ilə Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkian sağdır.

Metbuat.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Onun sözlərinə görə, bütün yüksək vəzifəli şəxslər sağdır — hər şey qaydasındadır.

17:50

İranda yüksək səviyyəli şəxslərin həlak olması xəbəri yayılıb.

Metbuat.az "İsrailin səsi"nə istinadən xəbər verir ki, İranın Ali lideri Ayətullah Əli Xamenei öldürülüb.

Eyni zamanda, bəzi KİV-lər bildirir ki, İsrailin hava hücumları nəticəsində İranın müdafiə naziri və İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri də həyatını itirib.

Hazırda bu məlumatlar rəsmi qaynaqlar tərəfindən təsdiqlənməyib və xəbərin doğruluğu barədə hələ açıqlama yoxdur.