Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib.

Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.