Premyer Liqanın XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib.

Metbuat.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib.

Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar.

"Turan Tovuz" 37 xalla turnir cədvəlinin üçüncü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla dördüncü sıraya geriləyib.