Bakıda hoteldə 25 yaşlı oğlanın meyiti tapılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda baş verib.

    Rayonun Ə.Haqverdiyev küçəsində yerləşən “Jade” hoteldə şəhər sakini 2001-ci il təvəllüdlü İ.Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

    Faktla bağlı araşdırma aparılır.