Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimini güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.