Bakıda avtomobil qadını vurub.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 7 radələrində Sabunçu rayonu, Kürdəxanı yolunda qeydə alınıb.

Avtomobil 61 yaşlı Talıbova Nəzakət Qasım qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.