Türkiyə hüquq-mühafizə orqanlarının məşhurlara qarşı keçirdiyi narkotik əməliyyatları zamanı daha iki tanınmış şəxs saxlanılıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar polis tərəfindən keçirilən əməliyyat çərçivəsində istintaqa cəlb olunublar.

Genişmiqyaslı əməliyyat zamanı aralarında aparıcı Hasan Can Kaya və müğənni Reynmen kimi tanınmış simaların da olduğu çox sayda şəxs saxlanılıb.