Abşeron rayonunda fəhlənin iş zaman bədbəxt hadisə nəticəsində ölməsi faktı araşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, yanvarın 23-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən MMC-lərdən birində fəhlə işləyən Asif Məmmədovun yükqaldırıcı mexanizmin altında qalması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.