Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin əlavə təhsil istisna olmaqla, ödənişli əsaslarla aldıqları təhsilin haqqı bundan sonra dövlət tərəfindən ödəniləcək. Bununla bağlı “Təhsil haqqında” qanuna dəyişiklik təklif edilib.
Metbuat.az-ın məlumatına görə, qanunun 14.8-1-ci maddəsinə əsasən, bu kateqoriyadan olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli təhsil aldıqları müddətdə təhsil haqqını özləri ödəməyəcəklər. Bu vəsait dövlət büdcəsindən qarşılanacaq.
Bəs kimlər sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər sayılır?
Sadə dildə desək, aşağıdakı şəxslər bu güzəştdən yararlana biləcəklər:
Nazirlər Kabinetinin 163 nömrəli qərarında isə qeyd olunur ki, əlavə təhsil (yenidənhazırlanma, ikinci ali təhsil, ixtisasartırma, yaşlıların təhsili və s.) yalnız ödənişlidir. Bu təhsil növlərinin xərcləri ya şəxsin özü, ya da çalışdığı təşkilat tərəfindən ödənilməlidir. Yəni sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil pulsuz deyil.
Bununla bağlı qanunvericilikdə uyğunsuzluqlar olduğu üçün dəyişikliklər pulsuz təhsilin hansı hallara şamil edildiyini dəqiqləşdirmək məqsədi daşıyır.
Sevinc İbrahimzadə / Metbuat.az