Azərbaycanın kimyaçı alimi, “Şöhrət” ordeni laureatı, AMEA-nın müxbir üzvü Mustafa Səttar oğlu Salahov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 95 yaşlı alim ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, o, uzun illər Polimer Materialları İnstitutunda rəhbər vəzifələrdə çalışıb.