Ankara İrəvana 2026-cı il ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim komandanı dəstəkləyəcəyi barədə açıq mesaj ünvanlayıb. Bəs Ankaranın Ermənistandakı parlament seçkiləri öncəsi Paşinyan hakimiyyətinə verdiyi açıq dəstəyi necə qiymətləndirmək olar və bu, Azərbaycanın mövqeyinə təsir göstərə bilər?

Siyasi şərhçi Əziz Əlibəyli Metbuat.az-a açıqlamasında bildirib ki, məsələ təkcə Ankaranın dəstəyi ilə məhdudlaşmır.

Onun sözlərinə görə, Azərbaycan–Ermənistan münasibətləri, müharibədən sonra müəyyən şəxslərin geri qaytarılması prosesi də bu məsələnin vahid tərkib hissəsidir:

“Şübhə yoxdur ki, mövcud şəraitdə Azərbaycan üçün ən uyğun fiqur Paşinyandır və onun hansısa formada dəstəklənməsi zəruridir. Çünki alternativ qüvvələr müharibə tərəfdarları, revanşistlər, “Daşnaksütun” partiyası, eləcə də Qarabağdan gedən yarımhərbi dezertirlərdir ki, bu da region üçün çox ciddi problemlər yarada bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az