Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan facebook səhifəsində paylaşım edib. O qeyd edib ki, həmin şəxslər Həkəri körpüsü vasitəsilə təhvil verilib.

Qeyd edək ki, bu proses həmçinin Azərbaycan və Ermənistan arasında bərqərar olmuş sülhün praktiki nəticələrindən biridir.

Xatırladaq ki, 2020-ci ildə saxlanılan Eulcekcian Viken Abraham Livandan Qarabağa döyüşlərdə iştirak etmək üçün muzdlu gəlməsi müəyyən edilib. 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin hökmü ilə Eulcekcian Viken Abraham 20 il müddətinə azadlıqdan məhrum edilib.