Şamaxıda küçədən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Böyük Xınıslı kəndində qeydə alınıb.

Kənd sakini 51 yaşlı Rəşad Vahid oğlu Əliyevin meyiti kəndin ərazisində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Araşdırma aparılır.