Ağdamda əkin sahəsində kişi meyiti tapılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Xındırıstan kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Baharlı qəsəbə sakini 1986-cı il təvəllüdlü Taleh Məmmədov olduğu bildirilir.

    Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.