Gələn ildən Azərbaycan Dillər Universitetində semestr imtahanları elektron formatda keçirilə bilər.
Bu barədə ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı Metbuat.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, hazırda universitetdə imtahanlar ənənəvi olaraq yazılı formatda təşkil olunur. Ancaq növbəti il üçün elektron imtahan sisteminə keçid nəzərdə tutulub.
Sevinc İbrahimzadə / Metbuat.az