Bakıda bayram günü oğurluq olub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.