Biləsuvarda ölümlə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, qəzada ölənlər iki bacı olub. Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

Digər xəsarət alanların müalicəsi xəstəxanada davam etdirilir.


18:43

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Metbaut.az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar–Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

    Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

    İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın olub.

    Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

    Hazırda hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.