Bakıda kişi küçədə ölüb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini 45 yaşlı İ. Qaraşov küçədə qəfil dünyasını dəyişib. Onun infarktdan öldüyü bildirilir.

Araşdırma aparılır.