Tərtərdə itkin düşən qadının meyiti kanaldan tapılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, dekabrın 6-da itkin düşən,1943-cü il təvəllüdlü Bayramova Ceyran Kamal qızının meyiti ötən gün Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan aşkar edilərək çıxarılıb.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.