Bakıda evdən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, noyabrın 3o-da saat 20:30-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində təxminən 65-70 yaşlı naməlum kişi meyiti aşkar olunub.

Onun üzərində heç bir xəsarət və zorakılıq izi olmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.