Samuxda iki nəfər dəm qazından boğularaq ölüb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Musayev və 1957-ci il təvəllüdlü həyat yoldaşı Maya Musayeva yaşadıqları evin hamamında dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.