Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib. Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.