Gəncə şəhərində minik avtomobili sərnişin avtobusuna çırpılıb, ölən və xəsarət alanlar var.

Metbuat.az Report-a istinadən xəbər verir ki yol-nəqliyyat hadisəsi şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.