Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 26-sı saat 21 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində baş verib.
41 yaşlı Namiq Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə 20 yaşlı Nihad Əliyevin idarə etdiyi VAZ-21011 markalı maşın toqquşub. Nəticədə VAZ-21011-in sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.