Bakıda küçədə meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində baş verib.

57 yaşlı Abbasov Dilbazi Eldar oğlunun meyiti qəsəbə ərazisində küçədə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bilinmir.

Araşdırma aparılır.