Bakıda sərnişin avtobusda ölüb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda 10 saylı xətt avtobusunda qeydə alınıb.
Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İbrahim Sabir oğlu Əliyev avtobusda qəfil ölüb.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.